Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Avropa çempionatının son turunda bəxt bizim tərəfimizdə olmadı" - Teymur Rəcəbov
    25.10.2025 14:12:09

    Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı, Dünya Kubokunun qalibi Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, tanınmış şahmatçı Azərbaycan komandasının Avropa çempionatında gümüş medal qazanmasından və kapitan kimi ilk uğurundan danışıb.

    - Kişi şahmatçılarımız 8 ildən sonra qitə çempionatında medal qazandı. İlk olaraq yekun nəticə barədə fikirləriniz maraqlıdı
    - Reytinqə görə Azərbaycan turnirin dördüncü komandası idi. Çempionat ərzində qızıl medal uğrunda mübarizə apardıq və sonda gümüş medal qazandıq. Məncə, nəticə milli komandamız üçün mütləq uğurdur.

    - Üçqat Avropa çempionları olan Azərbaycan komandasına qızıl medal qazanmaq üçün nə çatmadı?
    -  Son tur ərəfəsində Azərbaycan və Ukrayna komandalarının hər biri 13 xal toplamışdı. Vəziyyətə nikbin baxırdıq və Serbiyaya qarşı qələbə qazanmağı hədəfləyirdik. Əgər Ukrayna komandası qalib gəlsəydi, tay-breyklərə əsasən birinci yeri tutmaq üçün matçımızda böyük hesablı qələbəyə ehtiyacımız olacaqdı. Şahmatçılar döyüşkən əhval-ruhiyyədə idilər və qızıl medal uğrunda mübarizə aparmaq üçün digər matçlara nisbətən daha çox riskə getdilər. Matçın əvvəlində vəziyyət kifayət qədər bərabər görünürdü, müəyyən oyunlarda bəzi açılış problemləri var idi və digər lövhələrdə də təzyiq görünürdü. Ukrayna komandası oyununu inamla oynadı və qalib gəldi, ona görə də son turda az fərqlə qələbə qazansaq belə, gümüş medal qazanacaqdıq. Hamı sona qədər mübarizə apardı və  düşünürəm ki, son turda bəxt bizim tərəfimizdə olmadı.

    - Kapitan kimi Teymur Rəcəbov ilk mükafatını qazandı. Uzun illər çıxış etdiyiniz komandada kapitan olmaq necə hisslərdi?
    - Düşünürəm ki, milli komanda şahmatçılara kapitan kimi dəstəyim bu çempionatda tamamilə özünü doğrultdu. Ən yüksək səviyyədə yarışmağa çalışdıq, mehriban komanda olaraq düzgün mühit yaratmağa nail olduq. Şahmatçıların çoxunu illərdir tanıyıram və buna görə də milli komandamızın maraqları naminə birlikdə çalışmaq çox xoş oldu.

    - Milli komandanın yeni üzvləri Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxış barədə nə düşünürsünüz
    - Həm Aydın Süleymanlı, həm də Məhəmməd Muradlı güclü şahmatçılardır, döyüşkən və özlərini sübut etməyə can atırlar, nə qədər çətin olsa da, hər matçda oynamağa hazır olduqlarını göstərdilər. Onlarla ünsiyyət qurmaq asandı. Hər ikisi məşqləri davam etdirməlidi. Gərgin hazırlıqları davam etdirməklə, çox işləyərək reytinqlərini 2700-ə çatdırmaq  şansları var. Amma bu, gərgin hazırlıq sabah və ya o biri gün deyil, bu gündən başlamalıdır. Mən onlara inanıram və onları çox yaxından izləyirəm. Onların qarşıda böyük bir gələcəyi var və onların qətiyyəti gələcəkdə milli komandanın nəticələrinə birbaşa təsir edəcək.

    - Şahmatçı kimi mübarizə aparmaq və ya kapitan olmaq. Hansı daha çətindir?
    - Əsas məqsədim həmişə xalqımızın, şahmata və şəsxən mənə böyük dəstək göstərən Ümummilli Lider Heydər Əliyevin,şahmata və şahmatçılara çox vaxt ayıran, bütün uğurlarımızı izləyən hörmətli prezidentimiz İlham Əliyevin gözləntilərini doğrultmaq olub. Dövlət başçısının rəhbərliyi altında ölkəmizdə Dünya Kubokları, Olimpiadalar, Dünya Çempionatları və digər əhəmiyyətli yarışlar keçirilib. Azərbaycan fərdi və komanda yarışlarında saysız-hesabsız qələbələr qazanıb. Şahmatçı və ya kapitan kimi əsas məqsəd qalib gəlməkdir. Əlbəttə ki, kapitanın daha çox məsuliyyəti var. 

    - Sonda şahmat həvəskarlarına, milli komandanın azarkeşlərinə nə demək istərdiniz. 
    - Komandamıza və şəxsən mənə göstərdikləri dəstəyə görə şahmat azarkeşlərinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin çox sayda mesaja cavab verə bilmədiyim üçün üzr istəyirəm. Hamısını oxumağa çalışıram. Azarkeşlərin dəstəyinə görə çox minnətdarıq. Şahmat oynayın və bu inanılmaz oyunu sevin.

    Digər idman növləri

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Stolüstü oyunlar

    "Ağ at"da jurnalistlər üçün media turniri keçirildi – FOTOLAR

    13.07.2026 12:51:07
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızın Olimpiada üçün heyəti - ADLAR

    10.07.2026 18:23:38
    Stolüstü oyunlar

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    9.07.2026 12:29:04
    Stolüstü oyunlar

    Azərbaycanın 2 şahmatçısı dünya çempionu oldu – FOTOLAR

    26.06.2026 21:23:42
    Digər idman növləri

    Azərbaycanın 21 yaşlı şahmatçısı Maqnus Karlsenə qalib gəldi - FOTOLAR

    19.06.2026 16:17:53
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA Argentina millisi ilə bağlı araşdırmalara başladı

    20.07.2026 23:16:12

    "Qarabağ"ın rəqibi yeni mövsümə xal itkisi ilə başladı

    20.07.2026 22:18:19

    Montiel "Qarabağ"dan buna görə kənarlaşdırılıb - ŞOK SƏBƏB

    20.07.2026 21:49:55

    I Liqa klubu yeni qapıçı transfer etdi

    20.07.2026 21:20:07

    "Araz-Naxçıvan" böyükhesablı qələbə qazandı

    20.07.2026 20:59:39

    Sabiq baş məşqçi vəfat etdi

    20.07.2026 20:18:04

    “Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq” – Tahir Süleymanov

    20.07.2026 19:56:11

    "Şamaxı"dan heç-heçə

    20.07.2026 19:24:15

    "Özümüzü qələbəyə "ac" hiss edirik" - "KuPS"un qapıçısı

    20.07.2026 18:56:36

    "KuPS" güclü rəqibdir, 1 həftədir onları təhlil edirik" - Coy-Lens Mikels

    20.07.2026 18:23:27

    "İcazə verin, ilk növbədə sabahkı oyuna köklənək" - Valdas Dambrauskas

    20.07.2026 17:57:02

    "Sabahkı oyunun favoriti "Sabah"dır" - "KuPS"un baş məçqçisi

    20.07.2026 17:39:50

    "Sabahın Ulduzları" qayıdır - Sponsorla müqavilə imzalandı

    20.07.2026 17:12:15

    "AFFA-nın uşaq futbolu ilə bağlı layihələri var" - Edmond Klaus

    20.07.2026 16:58:10

    Konfrans Liqası: "Qarabağ", "Neftçi" və "Zirə" potensial rəqiblərini tanıdı

    20.07.2026 16:31:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved