Cəbəllüttariqin "Linkoln Red İmps" komandası "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya gəlib.
Prosport.Az xəbər verir ki, klub Malaqa-İstanbul-Bakı reysi ilə səfərə çıxıb. "Linkoln" paylaşımında qeyd edib: "16 saatdan sonra sağ-salamat Bakıya çatdıq".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" – "Linkoln Red İmps" matçı saat 20:00-da başlayacaq. Səfərdəki ilk matçda Ağdam təmsilçisi qələbə qazanıb – 2:1.

