Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu Avropaya qayıtmaq fikrində deyil.
Prosport.Az xəbər verir ki, bunu portuqaliyalı superulduz özü açıqlayıb. O bildirib ki, Avropa futbolu əvvəlki səviyyəsindən uzaqdır:
“Artıq 38 yaşım var. Məncə, Avropa futbolu keyfiyyətini çox itirib. Mənim üçün digərlərindən daha yüksək səviyyədə olan yeganə çempionat Premyer Liqadır. İspaniya, Portuqaliya və Almaniya liqasında elə də yüksək keyfiyyət yoxdur. Əminəm ki, bundan sonra Avropada oynamayacağam”.
O, argentinalı Lionel Messinin ABŞ klubu “İnter Mayami”yə keçidinə də münasibət bildirib: “Düşünürəm ki, Səudiyyə Ərəbistanı liqası MLS-dən daha yaxşıdır”.
Qeyd edək ki, Kriştianu Ronaldu ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 16 oyunda 14 qol, 2 assistlə yadda qalıb.

