Cəbəllüttariqin "Linkoln Red İmps" klubu Azərbaycana gəlir.
Prosport.Az xəbər verir ki, sözügedən klub "Qarabağ"la Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün İspaniyanın Malaqa şəhərindən Bakıya yola düşüb.
Sabah saat 19:15-də "Linkoln Red İmps" Bakıda məşqə çıxacaq.
Xatırladaq ki, "Qarabağ" ilk matçda rəqibini 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

