İspaniyanın "Qranada" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, La Liqaya yüksələn komanda "Real"ın mərkəz müdafiəçisi Xesus Valyexonu tyransfer edib.
26 yaşlı arxa xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında "Qranada"da keçirəcək.
Qeyd edək ki, "Real" Xesus Valyexonu 2015-ci ilin yayında "Saraqosa"dan transfer edib. İspan müdafiəçi son 3 mövsümü icarə əsasında "Qranada"da keçirib.

