“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat rəsmiləşib.
Prosport.Az xəbər verir ki, adıçəkilən vəzifə Zaur Xudiyevə həvalə olunub.
Qeyd edək ki, son iş yeri “Report” İnformasiya Agentliyinin idman şöbəsi olan Zaur Xudiyev daha öncə Oxu.az, “Apasport” kimi ölkənin tanınmış xəbər qurumlarında da fəaliyyət göstərib.

