Azərbaycan Premyer Liqasının 2023/2024-cü il mövsümündə iştirak edəcək “Araz-Naxçıvan”da məşqçilər korpusu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Azər Bağırovla yeni müqavilə bağlanılıb.
Baş məşqçinin 5 köməkçisi olacaq. Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək. Baş məşqçi və köməkçiləri ilə 1 illik müqavilə imzalanıb.

