UEFA Çempionlar Liqasında iştirak edəcək futzal üzrə “Araz-Naxçıvan” komandası bugündən hazırlığa start verib.
Prosport.Az xəbər verir ki, ölkə çempionu paralel olaraq heyətini də gücləndirmək istiqamətində çalışır.
Baş məşqçi Vitali Borisovun istəyi ilə yeni qapıçı transfer olunub. Xorvatiya millisinin də üzvü olan Luka Pavloviç qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün tər tökəcək. 25 yaşlı qolkiperin son klubu "AFC Universitas" klubu olub.

