Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının bu gün İsveç çempionatında debütü sual altındadır.
Prosport.Az xəbər verir ki, Bak; vaxtı ilə saat 21:00-da başlayacaq XV turun "Yurqorden" – "Malmö" matçı üçün 22 nəfərlik siyahıda Musanın da adı var.
Ancaq 22 nömrəli formanı geyinəcək 21 yaşlı hücumçu və "Yurqorden"in anqolalı forvardı Vanın işçi vizası ilə bağlı sənədləri qaydasında olmadığından, onların meydana çıxması dəqiq deyil.
Qeyd edək ki, bu yay "Qarabağ"dan ayrılan Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.

