Yeni mövsümün hazırlıqlarının 2-ci mərhələsi üçün Türkiyədə olan "Turan Tovuz"un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının vaxtı və rəqibləri məlum olub.
Prosport.Az xəbər verir ki, Tovuz təmsilçisi bu gün “Adana Dəmirspor”, iyulun 22-sində isə “Eyüpspor”la qarşılaşacaq.
İyulun 27-də komandamız 2 oyun keçirəcək. Baş məşqçi Ayxan Abbasov səhər və axşam saatlarında Tanzaniya yüksək liqa təmsilçisi “Simba Sport” ilə oyunlarda komandanı sınaqdan keçirəcək.

