2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” PFK Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, komandamız Türkiyənin I divizion təmsilçisi “Ərzurumspor”la qarşılaşıb.
Matç “dənizçilər”in 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in heyətində portuqaliyalı Pedru Nunu, Madaqaskar əsilli fransalı Aleksandr Ramalinqom (2) və Ağabala Ramazanov fərqlənib.
15:05
2023/24 mövsümünə hazırlıqları davam etdirən “Səbail” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, Şahin Diniyevin komandası “Ərzurumspor”la qarşılaşacaq.
Türkiyə I divizion təmsilçisi ilə oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Səbail"in Superliqa təmsilçiləri "Konyaspor" və “Sivasspor”la da oyunları nəzərdə tutulub.

