Millimizin üzvü Mahir Emreli mövsümə titulla başlayıb.
Prosport.Az xəbər verir ki, həmyerlimizin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya Superkubokunu qazanib.
Həlledici matçda onlar əzəli rəqibləri “Xayduk”a 1:0 hesabı ilə qalib gəliblər. Oyunda yeganə qolu 52-ci dəqiqədə Martin Baturina vurub. Mahir Emreli sonadək ehtiyat oyunçular arasında yer alıb.
Xatırladaq ki, "Dinamo" son Xorvatiya çempionu, "Xayduk" isə son ölkə kubokunun qalibidir.

