Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məni hansı təzyiqlərin gözlədiyini bilirdim" – Adrian Mutu
    15.07.2023 17:25:57

    "İstirahətə gəlməmişəm. Qalibiyyətlər əldə etmək üçün buradayam. Komandanı layiq olduğu zirvələrə qaldırmağa hazıram".

    Prosport.Az xəbər verir ki, bunu  "Neftçi"nin baş məşqçisi Adrian Mutu "ağ-qaralar"ın rəsmi televiziyasına müsahibəsində deyib.

    44 yaşlı mütəxəssis paytaxt təmsilçisi ilə danışıqların bir neçə həftə əvvəl başladığını bildirib: "Uzun sürən danışıqlardan sonra qərarımı verdim. Zəng gəldikdən sonra daha dərindən araşdırmalara başladım və "Neftçi"nin klub olaraq nə anlam verdiyini öyrənməyə çalışdım. Bilirəm ki, ölkənin çılğın azarkeş qrupuna malik ən böyük klubudur. Məni daha çox təklif olunan layihə cəlb etdi".

    Mutu təyinatdan əvvəl "Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Reqekampfla da danışdığını söyləyib: "Onunla uzun müddətdir ki, dostuq. Eyni zamanda milli komandanın şərəfini qorumuşuq. Reqekampfdan klub haqqında ümumi məlumatları soruşdum və olduqca yaxşı informasiyalar əldə etdim. Amma "Neftçi" haqqında ətraflı danışmadıq, klubu şəxsən özüm araşdırmaq və tanımaq istədim. Çalışacağam ki, məndən əvvəl baş verənlər unudulsun, çünki yeni layihəyə başlayırıq. Burada olduğuma görə çox xoşbəxtəm, uğur qazanmaq üçün də olduqca istəkliyəm. Əminliklə deyə bilərəm ki, nailiyyətlər əldə etmək üçün 200 faiz işləməyə belə hazıram. Bu, böyük çağırışdır. Buna çox ciddi yanaşıram. Ümid edirəm ki, olduqca vacib uğurlar əldə edəcəyəm. Hər şeyin başlanğıcında olduğumuzdan xəbərdaram. Amma üzərimizdə çox işləməli və inkişaf etməliyik".

    Rumıniyalı mütəxəssis "Neftçi"nin bir neçə oyununu izlədiyini və bu səbəbdən komandanın bəzi futbolçularını tanıdığını vurğulayıb: "Təlim-məşq toplanışındakı 2 matça da baxmışam. Səmimi danışsaq, öz üzərimizdə çox işləməliyik. Bu, olduqca vacibdir. Hansı mövqeyə futbolçuların tələb olunduğu barədə danışmaq isə hələlik tezdir. Çünki bunun üçün mənə vaxt lazımdır. Komandaya bir dəfə məşq keçmişəm. Hər şeyi düzgün qiymətləndirmək üçün zamana ehtiyacım var. Düşünürəm ki, yeni futbolçular da lazımdır. Çünki qarşıda bizi UEFA Avropa Konfrans Liqası daxil olmaqla bir neçə yarış gözləyir. Bütün turnirlərdə sağlam rəqabət aparmaq üçün daha geniş heyətimiz olmalıdır".

    O, "Neftçi"nin ölkənin ən böyük klubu olduğunu sözlərinə əlavə edib: "Qərarımı verdikdən sonra məni hansı təzyiqlərin gözlədiyini bilirdim. Bundan qorxmuram. Çünki bu mənə daha çox motivasiya verir və işimə daha çox köklənməyə vadar edir".

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved