Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "1-2 ad barədə fikirləşəcəyəm" – Rəşad Sadıqov
    15.07.2023 12:59:51

    "Zirə" yoxlama oyunu çərçivəsində "Kəpəz"ı 2:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, matçdan sonra paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

    – 20 gündür məşqlərə başlamışıq. İlk yoxlama oyunumuz idi. Sevindirici haldır ki, futbolçular oyuna ciddi yanaşdılar. Bu, ilk dəqiqələrdən hiss olunurdu. Söhbət nəticədən getmir, meydandakı nizam-intizamdan gedir. Futbolçular matça məsuliyyətlə yanaşırdılar. Mövsümə yaxşı başlamaq çox önəmli olacaq. Ümumən futbolçuların çıxışından razı qaldım.

    – İstədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər vaxt tələb olunur?
    – Bu, futboldur. Hər mövsüm dəyişikliklər olur, hansısa oyunçular gedir, hansısa oyunçular gəlir. Bir də görürsən aparıcı oyunçular gedir, istədiyin transferləri edə bilmirsən, seleksiya uğursuz olur. Bir çox səbəblər var. Məsələ vaxt məsələsi deyil. Bir neçə mövqe var ki, ora transfer etmək istəyirik. Axtarışlarımız davam edir.

    – Hansı mövqelərə transfer etmək istəyirsiniz?
    – Mərkəz yarımmüdafiəçisi, bir mərkəz müdafiəçisi – çünki cəmi 2 mərkəz müdafiəçimiz var, legioner qapıçı planlaşdırırıq, hücumameyilli oyunçu istəyirik. Ən azı 3-4 transfer planlaşdırırıq. Amma nə dərəcədə alınacağını zaman göstərəcək.

    – 2-ci hissədə əvəzedici heyətdən oyunçular meydana buraxdınız. Onların komanda ilə təlim-məşq toplanışına getməsi mümkündür?
    – Mümkündür. O futbolçuların əksəriyyəti həftə içində bizimlə məşq prosesində iştirak edir. Diqqətdə saxlayırıq. 1-2 nəfərin təlim-məşq toplanışına getməsi gözlənilir.

    – Adlar bəllidir?
    – Oyunu gözümün qabağında canlandırıb bu gün (dünən – red.) fikirləşəcəyəm. Mövqelərə baxacağıq. 3-4 futbolçumuz zədəlidir. İstəyirik ki, toplanışda heç bir mövqedə sıxıntı olmasın. 

    – Gələn legionerlərin adaptasiyası necə olacaq?
    – Tək biz yox, bir çox komandalar bu problemi yaşayır. Hamı istəyər ki, transferlər ilk gündən komanda ilə bir yerdə olsun. Amma hələ ki, istədiyimiz vaxtda istədiyimiz futbolçuları cəlb edə bilmirik. 

    – Adrian Mutunun "Neftçi"yə baş məşqçi təyin olunması çempionatımıza nə qədər rəng qatacaq?
    – Zaman göstərəcək. "Neftçi" üçün uğurlu olsun. Düşünürəm ki, maraqlı olacaq.

    – "Qarabağ"ın "Linkoln Red İmps"i keçəcəyi şübhə doğurmur. Siz necə düşünürsünüz?
    – Cavab oyununu gözləyəcəyik. Rəqibin təhlükəli əks-hücumları var. Ona görə diqqətli olmaq lazımdır. Həm də "Qarabağ" ev oyununu doğma meydanda keçirməyəcək. Hamının bu matçı düşünməsi daha məsləhətlidir. İnşallah "Linkoln Red İmps"i keçəndən sonra növbəti mərhələ haqda düşünmək olar. Bütün komandalarımıza uğurlar arzulayıram. Diqqətlə izləyəcəyik, azarkeşlik edəcəyik.

    – Türkiyədə keçirəcəyiniz yoxlama oyunları üçün bütün rəqiblər bəllidir?
    – Müəyyən rəqiblərlə danışıqlar gedir. Hamısı bəlli deyil.

    – Hansılar bəllidir?
    – Bizim kimi komandalar üçün təlim-məşq toplanışında oyunları əvvəlcədən planlaşdırmaq çətindir.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved