Azərbaycan Premyer Liqası üçün yeni mövsüm üçün "Zirə" və "Kəpəz" klubları yoxlama oyununda üz-üzə gəlib.
Prosport.Az-ın xəbərinə görəç Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunda meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıb.
"Zirə"dən ukraynalı Vladislav Kulaç (penalti), yunanıstanlı Dimitrios Xantakias və "Kəpəz"dən braziliyalı Junior Martins (penalti) fərqlənib.
Qeyd edək ki, bundan sonra "Zirə" komandası ölkə xaricinə təlim-məşq toplanışı keçmək üçün yollancaq.

