"Neftçi" köməkçi məşqçilər müəyyənləşib.
Prosport.Az xəbər verir ki, 45 yaşlı Alin Kitsa köməkçi məşqçi, 44 yaşlı Boqdan Patraşku analitik məşqçi, 28 yaşlı bolqar əsilli Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihay Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Mütəxəssislərin hər biri ilə 2 illik müqaviləyəyə imza atılıb.
Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir. “Ağ-qaralar” bu gün Bakı vaxtı ilə saat 18:00-da rumıniyalı məşqçinin rəhbərliyi altında hazırlığa çıxıb.
Qeyd edək ki, hər 4 mütəxəssis bundan əvvəl də baş məşqçi Adrian Mutu ilə birlikdə çalışıb.

