“Sumqayıt” 2023-24 mövsümünün hazırlıqlarını davam etdirir.
Prosport.Az xəbər verir ki, iyunun 26-dan baş məşqçi Samir Abasovun rəhbərliyi ilə çalışmalara start verən komanda təlim-məşq toplanışı üçün iyulun 16-da Türkiyəyə yollanacaq.
“Sumqayıt” 16-27 iyul tarixlərində Ərzurumda “Dedeman” hotelində məskunlaşacaq.
“Gənclik şəhəri” təmsilçisinin yoxlama oyunları və matçların keçirilmə tarixi hələlik bəlli deyil.

