Lionel Messinin “İnter Mayami”yə keçidi ilə klub abunəçilərinin sayı təxminən 10 dəfə artıb.
Prosport.Az xəbər verir ki, argentinalının transferinin elan edildiyi gün (7 iyun) instaqramda klubun izləyicilərinin sayı 900 minə yaxın olub.
24 saat ərzində onların sayı 4,5 milyona çatıb. Hazırda MLS təmsilçisinin 8,6 milyon izləyicisi var. Bununla “İnter Mayami” ABŞ-da populyarlıq baxımından ilk “5-liy”ə daxil olub.
Yalnız dörd ABŞ idman klubunun bu sosial şəbəkədə daha çox izləyicisi var – “Çikaqo Bullz” (9,8 milyon), “Kleveland” (12,4 milyon), “Los Anceles Leykers” (22,8 milyon) və “Qolden Steyt” (30,8 milyon).

