Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli yeni komandası “Eqnatiya”ya ilk rəsmi oyununu keçirib.
Prosport.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi Albaniya klubu Konfrans Liqasının I təsnifat mərhələsində səfər görüşünə çıxıb.
“Eqnatiya” Ermənistanda yerli “Ararat-Armenia”nın qonağı olub. İrəvanda baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. Oyuna ehtiyatdan başlayan İsgəndərli 59-cu dəqiqədə meydana daxil olub. “Eqnatiya” bərabərlik topunu son saniyələrdə vurub.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Albaniyada keçiriləcək.

