Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Kiprdə də qələbə qazanmaq istəyirik" – Türkiyəli məşqçi
    24.09.2025 21:52:38

    "Avropadakı ilk oyunumuz idi. Ona görə önəmli idi. Yaxşı görüntü olmasını istəyirdik. Yaxşı oynamaq istəyirdik. Bunu da matçın böyük hissəsində bacardıq. Son periodda bəzi basketbolçuları oynatmaq istədik. Onlar da bu şansdan yaxşı istifadə etmədi. 30 xal fərqlə qalib gələ bilərdik, amma bu səbəbdən 16 xalla bitirdik. Qazandığımız üçün 30-35 dəqiqəlik oyundan məmnunam. Amma son bölümdən şad deyiləm. Bu haqda danışacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Abşeron Lions" komandasının baş məşqçisi Ərhan Tokər Avropa Kubokunun təsnifat mərhələsində Kiprin "Anortosis" klubuna 89:73 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

    Türkiyəli mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.

    – Qələbənin bu qədər rahat olacağını gözləyirdiniz?
    – Yox. Çünki tam olaraq rəqibin matçlarına baxa bilmədik. Yaxşı müdafiə olunduq. Hücumda da yaxşı oynadıqca, daha fərqli qazandıq. Daha da fərqli ola bilərdik. Belə hesabla qalib gələcəyimizi gözləmirdik.

    – TOFAŞ-la avrokuboklarda oynamısınız. Kipr klubuna qarşı oynadınız. Siyasi mənada da sizin üçün ikiqat sevinc oldu?
    – İlk dəfə bu gün Cənubi Kipr komandasna qarşı oynadıq. İdmanda siyasətə yer yoxdur.

    – Səfər görüşü haqda nə düşünürsünüz? Ola bilər ki, "Anortosis" bu qədər yaxşı oynayacağınızı gözləmirdi?
    – Səfər matçında da qələbə qazanmaq istəyirik.

    – Bu hesab səfərdə də sizə bəs edəcək?
    – Ümidvaram. Basketbolda 5 dəqiqədə hər şey dəyişə bilir. Orada ilk dəqiqədən sonra Bakıdakı matçdakı kimi oynaya bilsək, problem olmaz. 

    – Avrokuboklarda maksimum hədəf nədir?
    – Təsnifat mərhələləri davam edir. Bütün rəqibləri tanıdıqdan sonra nəsə deyə bilərik. Amma öncə bu mərhələni keçməliyik. 

    – Sizcə bu qələbə, mərhələni keçmək Azərbaycan basketboluna nə qədər xeyir verəcək?
    – Azərbaycanda 2-ci ilimdir. Gəlməmişdən də çempionatı izləmişdim. Keçən il də yaxşı liqa olduğunu gördüm. "Kutaisi" ilə Danimarkanın "Baken Beərs" komandasının oyununa baxmışam. Çünki "Baken Beərs" rəqibimiz ola bilərdi. "Kutaisi"də də keçən il NTD-də oynamış 2 oyunçu çıxış edir. NTD "Kutaisi"dən daha yaxşı komandadır. Amma burada elə düşünmürük. Bu mövsüm komandalar daha yaxşı heyət qurub. Məncə, hər mövsüm ABL-də oyunların keyfiyyəti artır, liqa inkişaf edir.

    – Sonda çempionatda ilk turda "Şəki" ilə qarşılaşacaqsınız. Avrokubokdan sonra bu matça köklənmək çətin olmayacaq?
    – "Anortosis"in oyununuz izləmişdik. Amma "Şəki"nin yeni heyətini görməmişik. Ona görə də rəqib haqda məlumatsızıq. "Şəki" yaxşı komandadır. Amma əsas diqqətimiz "Anortosis"lə matçda olacaq.

    Basketbol

    Basketbol Federasiyası yeni əməkdaşlığa start verdi

    23.11.2026 17:19:15
    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" - "Barselona": İspanlar Bakıda da qol buraxacaq?

    23.11.2026 22:40:34

    "Sabah"la oyun öncəsi "Barselona"da narazılıq

    23.11.2026 22:14:42

    Abasov fərqi artırdı, Beydullayeva lideri məğlub etdi

    23.11.2026 21:48:30

    "Barselona" Bakıya gəldi

    23.11.2026 21:12:11

    2031 və 2035-ci il dünya çempionatlarına bu ölkələr ev sahibliyi edəcək

    23.11.2026 20:42:55

    Yüksək və I Liqalarda ilk turun nəticələri

    23.11.2026 20:20:16

    İlk dəfə təşkil olunacaq Qran-pridə 2 cüdoçumuz mübarizə aparacaq

    23.11.2026 19:48:41

    "Qarabağ"da yeni transferlər - Rəhbərlik ekstra büdcə ayırdı

    23.11.2026 19:22:44

    Millimizin kapitanı Riqada mükafatlandırıldı

    23.11.2026 18:46:09

    II Liqa: "Marafon" və "Şəmkir"dən qələbə

    23.11.2026 18:15:17

    UEFA "Sabah"ın legionerinin cəzasını açıqladı

    23.11.2026 17:46:23

    Basketbol Federasiyası yeni əməkdaşlığa start verdi

    23.11.2026 17:19:15

    "Barselona" Bakıda 22 futbolçu ilə gəlir - ADLAR

    23.11.2026 16:47:21

    Millimizə 27 futbolçu çağırıldı - ADLAR

    23.11.2026 16:12:13

    FIFA referimiz "Benfika"nın oyununa təyinat aldı

    23.11.2026 15:43:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved