“Gəncə” basketbol klubu baş məşqçisi Halil Atlı ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.
38 yaşlı məşqçi ötən mövsüm "Gəncə"ni Azərbaycan Kubokunda finala, ölkə çempionatında isə pley-off mərhələsinə yüksəldib.
