Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" daha bir futbolçusu ilə vidalaşıb.
Klubdan Prosport.Az-a verilən məlumata görə, gürcüstanlı mərkəz müdafiəçisi Solomon Kverkvelia ilə yollar ayrılıb.
31 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Gürcüstan millisinin də üzvü olan Solomon Kverkvelianın "ağ-qaralar"la 2024-cü ilin yayınadək sözləşməsi var idi. Ondan əvvəl serbiyalı mərkəz müdafiəçisi Voyislav Stankoviç "Neftçi"ni tərk edərək ölkəsinin "Jelezniçar" klubuna keçib.

