Azərbaycan millisi FIFA reytinqində daha 2 pillə geriləyib.
Prosport.Az xəbərali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yığma 1148,09 xalla 124-cü sırada qərarlaşıb.
Komanda DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya beş cavabsız qolla uduzub. Bakıda isə Ukrayna ilə heç-heçə edib - 1:1.
Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1875,37) yer alıb. Fransa (1870,92) ikinci, Argentina (1870,32) üçüncü olub.

