UEFA Çempionlar Liqasının Liqa mərhələsində I turun oyunları davam edir.
Prosport.Az xəbər verir ki, tur çərçivəsində daha 6 qarşılaşma baş tutub.
Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən "Ayaks" Niderlandda "İnter"i qəbul edib. Oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb
İngiltərənin "Liverpul" klubu doğma divarlar arasında İspaniya "Atletiko"su ilə üz-üzə gəlib. Dramatik keçən görüşdə meydan sahibləri əsas vaxta əlavə olunmuş dəqiqələrdə qələbə qolunu vurublar - 3:2.
"Qarabağ"ın digər rəqibi "Çelsi" isə səfərdə "Bavariya"ya 1:3 hesabı ilə uduzub.

