Ötən mövsümün sonunda "Turan Tovuz"dan ayrılan Runi Eva Bolqarıstanın "ÇSKA 1948" komandasına keçib.
Prosport.Az xəbər verir ki, 27 yaşlı kamerunlu hücumçu artıq Sofiya təmsilçisində ilk məşqinə də çıxıb.
Qeyd edək ki, Runi Eva ötən mövsüm 16 qolla "Turan Tovuz"un bombardiri olub.

