Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Biz yalnız bu yolla yaxşı nəticə qazana bilərik" - Qurban Qurbanov
    16.09.2025 14:47:29

    "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda rəqibləri olan "Benfika" klubunun televiziya kanalının suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis matçın favoritinin "Benfika" olduğunu desə də, öz futbolçuları barədə də müsbət fikirlər səsləndirib.

    "Oyundan nə gözlədiyim barədə suala cavab vermək bir az çətindir. Nə gözlədiyimi dəqiq bilmirəm. Çünki son iki həftə ərzində birlikdə məşq etməyə çox da imkanımız olmayıb. Yalnız bu gün (bazar ertəsi) bütün komanda bir yerdə məşq etdi. Bu, vəziyyəti bir qədər çətinləşdirir. Amma bu cür oyunları bu şəraitdə keçirmək təcrübəmiz var. Futbolçularıma artıq demişəm ki, meydana çıxıb bu andan zövq almalıdırlar. Çünki biz böyük komanda və böyük klubla qarşılaşırıq. Ümid edirəm ki, futbolçularım ən yaxşı oyunlarının göstərəcəklər", – deyə Q.Qurbanov bildirib.

    O, rəqibi necə təhlil etdikləri barədə sualı da cavablandırıb: "Təbii ki, burada hər şeyi açıqlayası deyiləm. “Benfika”nın oyunlarını analiz etmişik və necə oynadıqlarını bilirik. Komandada bəzi detalları futbolçulara çatdırmışam. Yeganə deyə biləcəyim budur ki, "Benfika"nın oyunçuları yüksək keyfiyyətə malikdir. Bu, onların əsas üstünlüyüdür. Motivasiya onlarda daha çox ola bilər. Biz yalnız bu yolla – motivasiya və inamla – onlara qarşı yaxşı nəticə qazana bilərik. Amma obyektiv desək, onların oyunçularının keyfiyyəti bizimkini üstələyir. Bu da rəqibə əlavə üstünlük verir".

    Xatırladaq ki, "Benfika" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Futbol

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved