Fransa millisinin və "Arsenal"ın sabiq futbolçusu Tyerri Anri Çempionlar Liqasının əsas mərhələsində bu gün keçiriləcək "Benfika" - "Qarabağ" oyunu ilə bağlı proqnoz verib.
Prosport.Az xəbər verir ki, CBS Sports televiziya kanalında ekspert kimi çıxış edən veteran hücumçu Azərbaycan çempionundan sürpriz nəticə gözlədiyini deyib:
"İki komandadan sürpriz gözləyirəm. Biri "Qarabağ", digəri isə "Marsel". Bu iki komandanın səfərdən 1 xalla qayıdacağını düşünürəm".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

