“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında sabah “Benfika”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, mütəxəssis mətbuat konfransında bunları deyib:
“Bu gözəl stadionda oynamaq, bu şəhərdə olmaq bizim üçün xoşdur. Oyuna daha yaxşı hazırlaşmaq alınmadı. Amma inanıram ki, sabah ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq. Uzun müddət idi bu mərhələdə oynamırdıq. Futbolçular çəkinmədən öz oyunlarını oynayacaqlar”.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.