FIFA milli komandalar üçün 2026-cı ilin sentyabr və oktyabr fasilələrini birləşdirəcək.
Prosport.Az xəbər verir ki, gələn il sentyabrın 21-dən oktyabrın 6-dək bütün milli çempionatlarda, o cümlədən, Azərbaycan Premyer Liqasında rəsmi matçlar keçirilməyəcək.
Əvəzində bu dövr ərzində milli komandaların görüşləri təşkil olunacaq. Beləliklə, yığmalar sözügedən zaman kəsiyində hərəyə 4 oyuna çıxacaqlar.
Növbəti ay isə beynəlxalq fasilə 9 - 17 noyabrda olacaq. Həmin dövrdə isə yığmalar hərəyə 2 matç keçirəcəklər.
Qeyd edək ki, 2026-cı ilin sentyabrında AVRO-2028-in seçmə mərhələsi start götürəcək.