Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Atamdan kimə azarkeşlik edəcəyini soruşdum, cavab vermədi" - Leandro Andrade
    15.09.2025 16:42:53

    “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade sabah Lissabonda Portuqaliyanın “Benfika” klubuna qarşı keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin start turu oyunundan öncə müsahibə verib.

    Prosport.Az xəbər verir ki, o, Portuqaliyanın “O Jogo” nəşrinə danışıb.

    Andrade əvvəlcə Çempionlar Liqasında oynamaq xəyalı barədə fikirlərini açıqlayıb: “Qitənin ən nüfuzlu klub turnirində oynamaq uşaqlıq arzumdur. Hər futbolçuya bu cür anlar qismət olmur. Üstəlik, oyun “Da Luş”da (“Benfika”nın ev oyunlarını keçirdiyi arena) keçiriləcək. Çox emosional matç olacaq. Necə reaksiya verəcəyimi bilmirəm. Atam üçün ideal ssenari “Benfika”nın 4:3 hesabı ilə qalib gəlməsi və mənim het-trik etməyim olardı (gülür). Üstəlik, püşkatma zamanı ondan soruşdum ki, kimə azarkeşlik edəcək, cavab vermədi, çünki əla atadır (gülür). Əlbəttə, o, hər zaman oğlunun yanındadır”.

    O, püşkatmadan öncə “Benfika” ilə düşmək istədiklərini komanda yoldaşları ilə müzakirə etdiyini bildirib: “Daha asan rəqib olduğu üçün yox, komandamızın bir çox üzvünün Portuqaliyada oynaması bu müzakirəni yaratdı. Biz həmişə hücum futbolu oynayırıq və topu özümüzdə saxlamağı çox sevirik. Rəqibin kimliyindən asılı olmayaraq bu belədir”.

    Jurnalistin “daha yüksək reytinqli komandaların bəzən “Qarabağ”ı az tanımaları səbəbindən bu kluba bir qədər yuxarıdan baxdıqlarını düşünürsünüzmü?” sualına Andrade belə cavab verib: “Bu, futbolda baş verən hallardan biridir. Biz 2 il öncə “Braqa” ilə düşəndə Portuqaliya kanalları onları favorit sayır və rəqibin bütün mövqelərdə üstün olduğunu deyirdilər. Bununla razılaşmalı idik. Amma o yanaşma bizə motivasiya verdi və oyunlarda xeyrimizə işlədi”.

    25 yaşlı oyunçu komandanın 2 mövsüm əvvəl Avropa Liqasında 1/8 finala çıxmasından və ondan sonrakı mövsüm zəif çıxışından da danışıb: “Biz 2 il öncə çox uğurlu mövsüm keçirdik. Eqomuz artdı. Daha sonra reallığa baxmalı olduq. Həmin şeylərdən nəticə çıxardıq və dərs aldıq”.

    Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Futbol

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved