Portuqaliyanın “Benfika” klubunun 6 futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ”la oyunu buraxacaq.
Prosport.Az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, bərpa prosesini davam etdirən Bosniya və Herseqovina millisinin üzvü Amar Dedic ilə Konqo/Fransa mənşəli belçikalı sağ cinah hücumçusu Dodi Lukebakio, uzun müddətdir zədədən əziyyət çəkən danimarkalı sağ cinah müdafiəçisi Aleksander Ba, portuqaliyalı oyunçular Manu, Nunu Feliks və Bruma matç öncəsi son hazırlıq prosesində iştirak etməyiblər.
Onlar Ağdam təmsilçisi ilə qarşılaşmada meydana çıxmayacaqlar.
Qeyd edək ki, sentyabrın 16-da Lissabonda keçiriləcək “Benfika” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

