Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ehtiyac olsa, əsas millidə canla-başla çalışaram" - Ayxan Abbasov
    14.09.2025 19:01:53

    Misli Premyer Liqasının IV turunun “Şamaxı” – “Karvan-Yevlax” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Bizim üçün önəmli oyun idi. Azarkeşlərimizi sevindirmək istəyirdik. İlk qələbəmizi qazandıq. Turnir cədvəlində xallar önəmlidir. Gələcək oyunlara daha rahat hazırlaşmaqçün belə matçlar vacibdir. İşimizin öhdəsindən gəldik. “Karvan-Yevlax” bundan öncəki matçlarda yaxşı mübarizə aparmışdı. Qol vurmaq lazım idi və qoldan sonra daha yaxşı oynamağa başladıq. Futbolçuların potensialı var. İkinci hissədə meydanda gənclərimiz çoxaldı. Bu, bizi sevindirir. Burada qazanan milli komanda olacaq. Çempionat sərtləşir. İnanıram ki, hamı ilə mübarizə aparmağa gücümüz çatacaq.

    – Gənclər şanslarından nə dərəcə istifadə edə bilirlər?
    – Bu dəqiqə onlardan 100 faiz razı deyilik. Emil Süleymanov U-21-in əsas oyunçularındandır. Oruc Məmmədov da formasını bərpa edir. Bura gəlməzdən əvvəl zədəli idi. Rüfət daim əsas heyətdədir, Edqar Ədilxanov əməliyyat olacaq və təxminən 3 həftə oynamayacaq. Sənanın, Nihatın gələcəyi qarşıdadır. Onlara vaxt lazımdır. İndi onlara yüklənmək olmaz. Belə oyunlar onlar üçün vacibdir. İnanıram ki, faydalı olacaqlar.

    – Səhv etmirəmsə, "Şamaxı" tarixində ilk dəfə 3:0 hesablı qələbə qazandı. Bu, limitin ləğvi ilə bağlıdır?
    – Mən də yeni bildim ki, “Şamaxı” tarixinin ən böyükhesablı qələbəsidir. Limitə bağlamazdım. Ötən ildən buradayıq, komanda yavaş-yavaş formalaşır. Hər hesab mümkündür.

    – Millinin qarşıda Fransa ilə oyunu var. Hazırlıq “Şamaxı”dakı işinizə təsir etməyəcək?
    – Buna cavab verə bilmərəm. Hazırda U-21 və “Şamaxı”nın baş məşqçisiyəm.

    – Təklif olsa, əsas millidə işinizə davam edərsiniz?
    – Təklif müzakirə olunmalıdır. Fikir mübadiləsi aparılacaq mövzular var. Tək Fransa ilə oyuna hazırlıqdan söhbət gedə bilməz. Federasiyanın vaxtı var, yəqin yaxşı düşünüb, qərar verəcəklər. Gələn məşqçi bu oyunları yox, qarşıdan gələn ilə hazırlığı da düşünməlidir. Ehtiyac olsa, canla-başla çalışaram. İnanarlarsa, fikir mübadiləsi aparmaq olar.

    – Fernandu Santuşun qarşısına AVRO-2028-ə vəsiqə hədəfi qoyulmuşdu. Bu, nə dərəcə real idi?
    – Millidə potensial var. Amma vəsiqəyə söz vermək düzgün deyil. Qarşıda vaxt var. Püşkdən, sistem formalaşmasından çox şey asılıdır. Müasir futbol inkişaf edir. “Qarabağ”la Çempionlar Liqasında oynayan oyunçular var. İnanmaq lazımdır. Bir sistemlə çalışsaq, nəsə etmək olar. U-21-ə baxaq. Düzdür, deyirlər ki, siz də 0:5 uduzmusunuz. Amma nəticəyə yox, oyuna da baxmaq lazımdır. Portuqaliya ilə oyunda 3-4 epizoda girdik. Uşaqlara inanmaq lazımdır. Püşkdə də yaxşı şans gəlsə, niyə də olmasın? Moldova bu gün 1:11 hesabıyla uduzur, Türkiyə ispanlardan 6 qol buraxır. Biz böyük komanda deyilik ki, siğortalanaq.

    – Yığma üçün yenidən xarici məşqçi namizədlərin adları çəkilir. Bu, sizə təsir etmir?
    – Xeyr. İnanın, düşünmürəm. Tək mən yox, kiməsə inam olmasa, irəli getmək mümkün olmayacaq. Bəlkə, günyarım ərzində məşqçilər, futbolçular böyük iş gördülər. Gələcəkdə olacaq şey mənə təsir etməyəcək. İşim var. Fikir olarsa, müzakirə olmalıdır.

    – Abdullayi Şuaybu ikinci oyundur qol vurulmasında faydalı olur. Start heyətində meydana çıxmağa hazırdır?
    – Şuaybunun bu gün startda olub-olmaması haqda çox düşündüm. Ancaq əsasda başlasaydı, sonradan oyunu gücləndirəcək hücumçu olmayacaqdı. Gələcəkdəki matçlarda startda ola bilər. Heyətdə rəqabət var. Düzdür, bəzi mövqelərdə təcrübəsizlik görünür.

    – Əvvəlki matçdan sonra hakimlərə nəyisə sübut etməyin mümkün olmadığını demişdiniz. Bu gün də sarı vərəqə aldınız…
    – Baş hakim Fəridlə danışdıq. Rikardo qapıçıdır və emosiyalı ola bilər. Həm də hər oyun çox sarı vərəqə alırıq. Gərək futbolçularla da danışaq. Bu gün oyun normal idarə olundu.

    – Sizcə, ayın qolu növbəti dəfə “Şamaxı”dan ola bilər?

    – Namizəd ola bilər.

    Futbol

    Azərbaycanlı hücumçu Almaniyada mövsümə məğlubiyyətlə başladı

    25.07.2026 10:40:33
    Futbol

    Azərbaycanlı futbolçu klubunu FIFA-ya şikayət etdi

    24.07.2026 23:44:50
    Futbol

    I Liqa klubunda afrikalı yarımmüdafiəçi

    24.07.2026 22:44:56
    Futbol

    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov

    24.07.2026 22:16:50
    Futbol

    "Araz-Naxçıvan" – "İmişli" matçında qalib müəyyənləşmədi

    24.07.2026 21:33:17
    Futbol

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı hücumçu Almaniyada mövsümə məğlubiyyətlə başladı

    25.07.2026 10:40:33

    "Bu turnirin bəhrəsini bir-iki ildən sonra görəcəyik" – Rüstəm Orucov

    25.07.2026 10:38:12

    "Bu cür turnirlər gənc idmançılar üçün böyük təcrübədir" – Natiq Bağırov

    25.07.2026 10:31:46

    Millimizin Xorvatiyada 2-ci sınağı

    25.07.2026 10:05:10

    Azərbaycanlı futbolçu klubunu FIFA-ya şikayət etdi

    24.07.2026 23:44:50

    Azərbaycanı Misirdə onlar təmsil edəcək - ADLAR

    24.07.2026 23:17:40

    I Liqa klubunda afrikalı yarımmüdafiəçi

    24.07.2026 22:44:56

    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov

    24.07.2026 22:16:50

    Bakıda keçiriləcək beynəlxalq cüdo turnirinin püşkü atıldı

    24.07.2026 21:55:48

    "Araz-Naxçıvan" – "İmişli" matçında qalib müəyyənləşmədi

    24.07.2026 21:33:17

    U17 dünya çempionatının medalları təqdim olundu

    24.07.2026 20:03:47

    Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

    24.07.2026 19:47:11

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52

    Millimizin üzvü Tovuz klubunda

    24.07.2026 18:40:04

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved