Misli Premyer Liqasının IV turunun növbəti oyununda “Şamaxı” “Karvan-Yevlax”ı qəbul edib.
Prosport.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunan matçda meydan sahibi komanda inamlı qələbə qazanıb - 3:0.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi qarşılaşmada Alfonso Msanqa (38-ci dəqiqə), Andrey Tirkoveanu (45) və Sezar Enrike (71) fərqləniblər.
Bununla da xallarının sayını 5-ə çatdıran “Şamaxı” 6-cı sıraya yüksəlib. “Karvan-Yevlax” 4 xalla 8-cidir.
Qeyd edək ki, tura “Neftçi” - “Sabah” oyunu ilə yekun vurulacaq.