Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Özümü ucuzlaşmış hiss edirəm" – Rəşad Sadıqov
    13.09.2025 00:01:22

    Misli Premyer Liqasının IV turunun “Qarabağ” – “Zirə” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

    – Çox sürətli, dinamik, keyfiyyətli oyunun şahidi olduq. “Qarabağ”la keçirdiyimiz maraqlı matçlardan biri idi. Hər iki komanda çox istəkli idi. Ona görə son saniyələrə qədər emosional oyun izlədik. Qarşılaşmanın gedişatına görə qələbə qazanmaq fürsəti yaranmışdı. Çalışdıq, istədik. Təəssüf ki, qol buraxdıq. Bizim üçün yaxşı nəticədir. “Qarabağ”dan alınan hər xal dəyərlidir. Futbolçularıma təşəkkür edirəm. Növbəti oyuna köklənməliyik.

    – Son vaxtlar söz-söhbət gəzir ki, milliyə namizədliyiniz irəli sürülüb…
    – 2-3 nəfər var. Hamısına eyni suallar yönləndirilir. Mən özümü ucuzlaşmış hiss edirəm. Bir dəfə demişəm. Mövzuya bir daha qayıtmayacağam. Sizdən də xahiş edirəm, bu barədə sual verməyin.

    – “Qarabağ”a yoxlama görüşündə 0:4 uduzmuşduz. Kadi həmin matçda da eyni cür qol vurmuşdu…
    – Kadi usta futbolçudur. Standart vəziyyət varsa, təhlükədir. Rəqibin standart vəziyyətləri təhlükəlidir. 2 nəfər qoya bilmədik. Çünki hamı birə-bir oynayırdı. O da yaxşı zərbə endirdi. Ağıllı qol alındı. O dəqiqəyədək oyundan qol vəziyyəti verməmişdik. “Qarabağ” çox dinamik futbol oynayırdı, futbolçular çox güc sərf edirdi.

    – Demək olar ki, əsas panalti vuranınız artıq Ruan Renatodur, Qismət Alıyev yox?
    – Hələki belə qərar qəbul etmişik. Məndə belə fikir var ki, 3 dəfə vura bilməyəndən sonra ara vermək lazımdır. Qismət penaltiçilərdən biridir. Hər an vura bilər. Sadəcə, Qismətə ara verdim. 5 ildə cəmi 3 penaltini dəqiq yerinə yetirə bilməyib.

    – Fernandu Santuş gələndə millinin qarşısına AVRO-2028-ə vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Millidə potensial görürsünüz?
    – 2 media əməkdaşına bu barədə cavab verməmişəm. Sizə cavab versəm, onlar inciyər.

    – “Qarabağ” “Sumqayıt”a uduzdu, sizinlə oyunda da xal itirdi. Bunu çempionluq üçün şans kimi dəyərləndirirsiniz?
    – Hələ 4-cü turdur. Tək “Qarabağ” yox, “Sabah”, “Neftçi”, “Araz-Naxçıvan”, “Turan Tovuz”u nəzərə alsaq, hər komanda çempion olmaq istəyər. Bu il liqa daha rəqabətlidir. O haqda danışmaq çox tezdir, yersizdir. Hamı çempion olmaq istəyər. “Sumqayıt” bu mövsüm necə oyun göstərir. Rahatlıqla avrokuboklardan kənar qala bilərsən. Bütün fikrimizi avrokuboklara vermişik.

    – Bundan sonra transferlər olacaq?
    – Çox yaxşı futbolçu qarşımıza çıxsa, transfer etməyə çalışacağıq. Bu periodda bəzi oyunçular transferin son dönəminə qədər gözləyir. Elə variant olsa, istəyərik. Mövsümün əvvəlində cinahlarda Fuad Bayrmov və Rövlan Muradovu fikirləşirdik. Amma hər ikisi ciddi zədə aldı. Təcili sol cinah müdafiəçisi transfer etdik.

    – Hər legionerə görə 200 min manat rüsum ödəməlisiniz. Nə qədər futbolçu götürə bilərsiniz?
    – Limit 17-dir. Komandalarımız çox yaxşı transferlər etdi. Bizi futbol adamı kimi sevindirir. Amma rəqib olaraq qayğılandırır. Planımızda 12 legioner idi.

    – Həmişə süni örtüklü meydançalara qarşısınız. “İmişli” artıq Qubada oynayacaq. Ora təbii örtüklüdür. Bu sizi sevindirir?
    – Təbii olaraq bizi çox sevindirir. Komanda sayının artması çempionata böyük maraq qatdı. Gözlədiyimizdən də tez effekt verdi. Bütün oyunlar rəqabətli keçir. I Liqadan gələnlər də yaxşı komanda formalaşdırdı. Yeganə məqam infrastruktur qalıb. Qısa müddətdə o da həllini tapar. Liqamız necə maraqlı başlayıb, elə də davam edər.

    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved