Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllüttariqdə keçirilən "Linkoln Red İmps" – "Qarabağ" oyununu izləyən azarkeş sayı məlum olub.
Prosport.Az xəbər verir ki, "Viktoriya" stadionunda keçirilən görüşü tribunalardan 683 azarkeş izləyib. Bu, I təsnifat mərhələsinin ən aşağı göstəricisidir.
Ən çox azarkeş isə "Astana" (Qazaxıstan) – "Dinamo" (Tbilisi, Gürcüstan) qarşılaşmasında qeydə alınıb. Oyunu 27 328 azarkeş tribunadan izləyib.
Xatırladaq ki, "Qarabağ" səfərdə "Linkoln Red İmps"i 2:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakıda olacaq.

