Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Roman Qriqorçuk Azərbaycan futbolunu təriflədi: "Ciddi addımlar atılır"
    12.09.2025 11:12:30

    “Azərbaycan futbolu ciddi yanaşma tələb edir. Orada işlədiyim dövrdə hiss etdim ki, futbolun inkişafı üçün ciddi addımlar atılır. “Qarabağ” Azərbaycan futbolunun bayraqdarıdır. Komandanın ikinci dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi bunun göstəricisidir”.

    Prosport.Az xəbər verir ki, bunu “Qəbələ” və “Neftçi”nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçuk deyib.

    Təcrübəli mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi (1:1) ilə keçirilən oyun barədə təəssüratlarını bölüşüb: “Matçdan əvvəl favorit olduğumuz məlum idi. Yüksək səviyyəli oyunçularımız var və onlar aparıcı liqalarda çıxış edirlər. Amma Azərbaycanın da müəyyən gücü var. Azərbaycanlıların meydanda müsbət nəticə üçün bütün ümidlərini əllərindən almağımızı istərdim, amma hər şey belə alınmadı. Nəticə bizim üçün o qədər də yaxşı deyil. Futbolçularımız meydana çıxanda hiss etməlidirlər ki, Azərbaycan kimi komandaya qalib gəlmək, dominant futbol oynamaq lazımdır”.

    Qriqorçuk azərbaycanlı futbolçular barədə də müsbət fikirlər səsləndirib: “Azərbaycanda futbola düzgün yanaşan çoxlu oyunçu var. Çox sürətli, ağıllı və texniki cəhətdən hazırlıqlı oyunçular mövcuddur. Amma başa düşməliyik ki, Ukrayna millisinin futbolçularının bacarığı azərbaycanlı oyunçulardan qat-qat yüksəkdir. Azərbaycan böyük istək və əzmkarlıq nümayiş etdirdi. Nəticə müəyyən şəraitin məhsuludur. Qrupda hər növbəti oyunu qazanmağı düşünməliyik. Hücum etməli, dominant oynamalı, rəqibləri əzməliyik. Hələ heç nə itirilməyib”.

    Qeyd edək ki, seçmə mərhələnin növbəti turunda oktyabrda Azərbaycan Fransa ilə, Ukrayna isə İslandiya ilə qarşılaşacaq.

    Futbol

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47
    Futbol

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44
    Futbol

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18
    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved