“Atletiko”nun müdafiəçisi Renan Lodi Fransaya köçür.
Prosport.Az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı sol cinah oyunçusu “Marsel”ə keçməyə hazırlaşır.
Klublar arasında bir müddətdi aparılan danışıqlar intensivləşib. Tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilir.
Qeyd edək ki, “Atletiko” ilə müqavilə müddəti 2026-cı ilə qədər olan Renan Lodi ötən mövsümü icarə əsasında “Notinqem Forest”də keçirib. Braziliya millisinin üzvü Premyer Liqada keçirdiyi 28 oyunda 1 məhsuldar ötürmə verib.

