“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, gənc futbolçu Aaron Maluda Fransanın “Lill” klubundan 1 illik icarəyə götürülüb.
Maluda Fransanın “Lion” klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim” klublarının ikinci və əsas komandalarında oynayıb.
Vinger mövqeyində çıxış edən Aaron Fransanın U-19 millisinin də üzvü olub.
Qeyd edək ki, Aaron Maluda Fransa millisinin, "Lion", "Çelsi", "Trabzonspor"un məşhur veteran futbolçusu Floran Maludanın oğludur.

