Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mingəçevir" çempionata 17 yeni futbolçu ilə qatılır – ADLAR
    11.09.2025 13:57:37

    I Liqada yeni ad və loqo ilə mübarizə aparmaq istəyən "Mingəçevir" klubunun bütün transferlərinin adına aydınlıq gəlib.

    Prosport.Az-ın xəbərinə görə, çalışdırıcısı Ramiz Məmmədov, köməkçiləri Mehman Baxışov, Məqsəd Yaqubəliyev və Elnar Kərimov (qapıçılar üzrə məşqçi) olan "Mingəçevir"in məşqçilər korpusu ötən mövsüm komandada olan futbolçulardan yalnız nigeriyalı Abba Usman, Xəyal Muradov, Elmin Bayramov, Elnur Mirzəyev, Fuad Əhmədov və Nihat Xəlilini saxlayıb.

    Klub bu gün start götürəcək I Liqaya 17 yeni futbolçu ilə qatılacaq. Bunlardan 5-i legioner, 12-si yerli futbolçudur. Həmin futbolçuların adları, milliyyəti, son klubları və ampluaca hansı mövqedə oynadıqlarını təqdim edirik:

    Cona Atukvey – Qanadandır, ölkəsinin "Berekum Çelsi" komandasından gəlib, sol cinah hücumçusudur 
    Kenet Kalunqa – Zambiyandandır, son klubu Portuqaliyanın "Luzitanu" komandası olub, sağ cinah hücumçusudur, icarəyə götürülüb
    Bakari Cayte – Qambiyadandır, son klubu Yunanıstanın "Panaryakos" komandası olub, mərkəz yarımmüdafiəçisidir
    Məhəmməd Kadiri – Qanadandır, son klubu Hindistanın "Məhəmmədan" komandası olub, dayaq yarımmüdafiəçisidir
    Rimas Kərimi – Rusiyadandır, ölkəsinin "Meqasfera" komandasıdndan gəlib, yarımmüdafiəçidir, icarəyə götürülüb
    Samir Abdullayev – "Səbail"dən gəlib, hücumçudur
    Qurban Səfərov – "Qarabağ"ın əvəzedici komandasından gəlib, hücumameyilli yarımmüdafiəçidir
    Rəhim Cəfərli – "İmişli"dən gəlib, sol cinah müdafiəçisidir
    Cabir Əmirli – "Səbail"dən gəlib, sağ cinah müdafiəçisidir
    Kənan Quliyev – "Karvan"dan gəlib, mərkəz müdafiəçisidir
    Vüsal Əsgərov – MOİK-dən gəlib, hücumameyilli yarımmüdafiəçidir
    Taleh Qarayev – "Cəbrayıl"dan gəlib, sol cinah hücumçusudur
    Seymur Məmmədov – "Sabah"dan gəlib, mərkəz yarımmüdafiəçisidir, icarəyə götürülüb
    Orxan Sadıqlı – "Şəmkir"dən gəlib, qapıçıdır
    Məhəmməd Səfərov – "Zirə"nin əvəzedici komandasından gəlib, hücumçudur
    Sahib Həsənov – "Difai"dən gəlib, qapıçıdır
    Nicat Məmmədov – "Kəpəz"in əvəzedici komandasından gəlib, hücumameyilli yarımmüdafiəçidir, icarəyə götürülüb

    Qeyd edək ki, klub adını və loqosunu dəyişsə də, I tura köhnə ad və loqo ilə çıxacaq. Klubun İdarə Heyətinin sədri Rafael Bunyatovun saytımıza verdiyi müsahibəsindən də bilindiyi kimi, klubun adı "ASTA Mingəçevir" olub, loqosunda qrifonlar əks olunub. Başında tac olan hər iki qrifon əlində kubok tutub. "Mingəçevir" klubunun yaranma tarixi olan 2022-ci il isə Mingəçevir futbolunun yaranma ili olan 1966-cı illə əvəzlənib.

    Xatırladaq ki, Mingəçevir təmsilçisi ilk turda sabah Bayıl qəsəbəsində Premyer Liqadan düşmüş "Səbail"in qonağı olacaq. Matç saat 19:00-da başlayacaq.

    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Futbol

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved