Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycanın müdafiə xətti həvəskarlardan da zəifdir" – Ukraynalı veteran futbolçu
    11.09.2025 12:18:34

    Ukrayna millisinin sabiq hücumçusu Viktor Leonenko DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirilən oyunu dəyərləndirib.

    Prosport.Az xəbər verir ki, 55 yaşlı mütəxəssis 1:1 hesabını biabırçılıq adlandırıb.

    O, nəticəyə baxmayaraq, millimizin həvəskar rəqib olduğunu düşünür: “Artıq həvəskarlarla oyunlarda da qol vəziyyəti yarada bilmirik. Azərbaycan millisinin 1 futbolçusu “Çayka”da (Anatoli Krıvotsyuku nəzərdə tutur – red.), digəri tələbələr yığmasında oynayıb. Amma biz onlara da qalib gələ bilmirik. Futbolçularımızın meydanda gəzərək oynamasına artıq öyrəşmişik. Əgər mən Azərbaycana qalib gələ bilməsəydim, dərhal millidən gedirdim. Çünki bu, biabırçılıqdır. Bizim bütün oyunçularımız içi boş pirojkilərdir. 74% topa nəzarət etdilər, amma epizod yaratmadılar”.

    Leonenkonun fikrincə, tribunalarda az azarkeşin olması azərbaycanlı futbolçuların zəifliyindən qaynaqlanır: “Gördünüz, stadionda nə qədər tamaşaçı var idi? Bizim veteranların oyununa daha çox adam gəlir. Çünki orada ulduzlar var! “Çayka”da oynamış futbolçuya kim baxmağa gedər? Düşünürdüm ki, bəxtimiz gətirəcək – ya kimsə topu öz qapısına vuracaq, ya standart vəziyyətdən qol olacaq, ya da rəqib müdafiəçi səhv edəcək. Amma heç biri olmadı. Azərbaycana qalib gələ bilmiriksə, deməli, biz bu qədər “güclüyük”. Onlar qaçır, çalışır, can qoyur, bizimkilər isə piyada gəzir”.

    Moskva və Kiyev “Dinamo”larında oynamış keçmiş forvard Azərbaycan futbolu barədə tənqidi fikirlər səsləndirib: “Emin Mahmudova bayram etdirdik, ona rekord qolu vurmaq imkanı verdik. Amma Azərbaycan da sevinməsin. Pulları var, futbolçu yetişdirə bilmirlər. Əcnəbiləri gətirsinlər ki, yerlilər onlardan öyrənsin. Azərbaycanın müdafiə xətti həvəskarlardan da zəifdir. Müdafiəçi topa baxmalı və topla oynamalıdır. Rəqibin müdafiəçisi isə Vanata baxırdı. İlk hissədə arxaya atılan uzun ötürmələrimizin hamısı keçirdi. Sudakov qol vuranda Azərbaycanın bütün futbolçuları Vanatın dalınca qaçmışdı. Onların müdafiəsinin səviyyəsi budur. Belə müdafiəyə qarşı da 3 hücumçu ilə oynamaq lazım idi”.

    Qeyd edək ki, ilk 2 turdan sonra D qrupunda Fransanın 6, İslandiyanın 3, Ukrayna və Azərbaycanın isə 1 xalı var.

    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Futbol

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved