"Neftçi" futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin yayında transfer olunmuş R.Şeydayev "Neftçi"nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.