"Kəpəz" klubu əməliyyatlar üzrə rəhbər İlqar Nadiri ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İlqar Nadiri "Kəpəz"in 2022-ci ildə yaradılan İdarə Heyətinin ilk sədri olub.
Onu da bildirək ki, İlqar Nadirinin postunu tərk edəcəyi bizim redaksiyamıza təxminən 10 gün əvvəl bildirilmişdi.

