Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "2 gündür yatmıram" – Ayxan Abbasov
    9.09.2025 23:28:36

    DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Ukrayna oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Belə oyundan sonra danışmaq çətindir. Futbolçularıma təşəkkür etmək istəyirəm. Bir gün vaxtımız var idi və ancaq psixoloji durum, istək, xarakter üzərində çalışdıq. Meydanda mübarizə aparmaq önəmli idi. Hesab nə olur olsun, uşaqlara təşəkkür edəcəkdim. Çoxdandır, millidə bu ruh görünmürdü. Bəlkə futbolçular da təzyiq altında idi. Azarkeşlərə də təşəkkür edirəm. Çətin anda dəstək oldular. Elvin Cəfərquliyev yorulmuşdu, əvəzlənmək istəyirdi. Ancaq Abdulla Xaybulayevin zədələnməsinə görə oyunda saxladıq. Azarkeşlərin dəstəyi ilə ona da güc gəldi. Qazanılan xal futbolumuza ruh gətirəcək. Rəqibin gücünü bilirdik. Başa düşürdük ki, ağır səfərdən gəliblər. Biz də böyükhesablı məğlubiyyət yaşamışdıq. Psixoloji durum yaxşı deyildi. Emin Mahmudova görə sevinirəm, istədiyi qolu vurdu. Sevinc, gülüş varsa, deməli bəzi şeylər yaxşı alınıb.

    – Santuşun bərbad vəziyyətə qoyduğu millidə bir gündə nəyi dəyişdiniz?
    – Bir gündə çox şeyi dəyişə bilmərik. Hazırlaşmaq üçün çox məşqimiz olmadı. Səhər taktiki çalışma etdik. Bir gündə maksimum edə biləcəyimiz bu idi. Rəqibin də təhlili önəmli idi. Ukraynada təhlükəli oyunçular var. Bu gün komanda olaraq istədik.

    – U-21 də bu gün heç-heçə etdi. Eyni anda iki yığmaya köklənmək çətin olmadı?
    – U-21-ə görə sevinirəm. Portuqaliyada böyük hesabla uduzmuşduq. İnanın ki, futbolçular orda çox gözəl mübarizə aparmışdı. U-21-in inkişafı göz önündədir. 4 aydır birlikdəyik və ilk rəsmi oyunumuz bu gün oldu. Bu gün 65-ci dəqiqəyə qədər oyunu izlədim. İstədiklərimizi futbolçular yerinə yetirirdi. 2 gündür, yatmıram. Köməkçilərimlə çalışmışıq. Azərbaycanın adı varsa, hər şeyə dözməliyik.

    – Qarşıda Fransa ilə oyun var. Nələri dəyişmək istəyirsiniz?
    – Danışmaq çətin olar. Hazırda U-21-in baş məşqçisiyəm və qarşıda 2 çətin səfər matçı var. Fransa haqda danışmaq düzgün olmaz. Qərarın nə olacağını bilmirəm. Mübarizə aparmaq lazımdır. Ukrayna yığması fransızlara qarşı çox yaxşı mübarizə aparmışdı. Görünən odur ki, onlara qarşı oynamaq olar. Gücümüzü qəbul etməliyik. Reallıq var. Çox şey istəyirik. Özümüzü böyük ölkələrlə müqayisə edirik. Buna vaxt lazımdır. Fransaya qarşı mübarizə aparsaq, hər şey olar.

    – Çoxdan idi, belə mübarizəli komanda görmürdük. İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra komandanı oyuna çıxarmaq çətin olmadı?
    – Oyunun epizodlarına baxdım. U-21-lə səfərdə idim. Təhlillər edirdik, Bolqarıstanla matça hazırlaşırdıq. Sonra ani hadisələr başladı. Futbolçuları o məğlubiyyətə qaytarmaq istəmədik. Bazaya girəndə futbolçularda məyusluq, dağınıqlıq göründü. Əlbəttə, təcrübəli oyunçularla, ümumi komanda ilə görüşüm oldu. Komandanın potensialı var. Daha yaxşısını edə bilərik.

    – Mahir və Renatın zəif oyunu nə ilə bağlıdır?
    – Taktiki baxımdan pis oynamadılar.

    – Oyundan əvvəl penaltinin vurulması ilə bağlı seçim olmuşdu?
    – Eminə vermişdik. Eminin qol vurmasını uşaqlar çox istəyirdilər. Paltardəyişmə otağında dedilər ki, Emin qol vurdu, canımız qurtardı (gülür). Penalti vuranımız Emin idi. Toral meydana daxil olmaqla oyunu dəyişdi. Onunla başlamaq haqda çox düşünmüşdük. Lakin sonra onun əvəzetmədən oyuna daxil olmasını məqsədəuyğun hesab etdik.

    – Anatoli Nuriyevin son dəqiqələrdə qaçırdığı şansı necə dəyərləndirirsiniz?
    – Bu oyundan sonra kimdənsə incimək düzgün olmaz. Epizoda necə getdiyimizə baxaq, əzmkarlıq var idi. Açığı, 100 faizlik epizod da deyildi. Anatoli meydana daxil olandan sonra oyunu gücləndirdi.

    – AFFA rəhbərliyi ilə görüşdə danışıq necə olub?
    – Rəhbərlik oyundan sonra da təbrik etdi. Görüşümüz oldu, bir oyunluq kömək lazım idi. Bir gündə kənardan kiminsə gəlməsi düzgün olmazdı. Federasiyanın məşqçiləriyik. Kömək lazımdırsa, borcumuzdur. Gələcək haqda danışmadıq, tezdir. Zaman göstərəcək.

    – 2 yerdə işləmək çətin deyil dediniz, bəs 3 yerdə?
    – Yaxşı sualdır (gülür). 3 yer olmur. Bu gün məcburi vəziyyət yarandı. “Şamaxı”da işim davam edir. 3 yerdə də çatdırmaq olar, amma 2 yer daha yaxşıdır.

    – İlk dəfə millinin düşərgəsində olaraq baş məşqçi kimi nə hisslər keçirdiniz?
    – U-21-də uşaqlarla danışanda qarşımıza məqsəd qoymuşuq ki, maksimum xalı yığaq. Fərqli hisslərdir. Sözlə ifadə etmək olmur. Hər məşqçinin, futbolçunun arzusudur. Bu hisslər unudulmur. İlk matçda xal qazanmaqla hər kəsi sevindirmək unudulmaz oldu.

    – Xaybulayevin indiyə kimi milliyə çağırılmaması sizə təəccüblü deyil?
    – Bunu çox müzakirə edirdik. Bu gün Xaybullayev Azərbaycan çempionatında dayaq yarımmüdafiəçisi mövqeyində ən yaxşısıdır. “Şamaxı”ya da, “Turan Tovuz”a da dəvət etmək istəmişdim, son anda alınmadı. Əzmkar oyunçudur, xarakter göstərdi. Milliyə gələndə özümə borc bildim ki, son turların yaxşıları – Rüstəm və Xaybulayevi çağırım. Belə oyunçular millidə olmalıdır. Əlavə 1-2 futbolçu da ola bilərdi.

    – Həmişə deyirik ki, illərlə xarici mütəxəssislərlə vaxt itirmişik. Sizcə, həqiqətənmi belədir, ya futbolçuların maksimumu mübarizə aparmaqdır?
    – İndi bu suallara cavab versəm, başqa cür başa düşüləcək. Deyəcəklər, 1 xal qazandı, hər şey yaxşıdır. Bu suallara başqa vaxt geniş cavab vermək olar. Əcnəbi məşqçi çalışmamalıdır deyə bir şey də yoxdur. Çətin mövzu, çətin qərarlardır.

    Futbol

    "Ayntraxt" "Qarabağ"la oyun üçün Bakıya gəldi - FOTOLAR

    20.01.2026 23:39:47
    Futbol

    Soyuq və qarlı havada məşq: "Qarabağ" vacib oyuna hazırdır - VİDEO

    20.01.2026 21:20:40
    Futbol

    "Araz-Naxçıvan" "İmişli" ilə oyunun hazırlıqlarına qapalı meydanda başladı

    20.01.2026 18:40:27
    Futbol

    Türkiyə klubları istədi, “Sabah”ın təklifini üstün tutdu

    20.01.2026 18:18:26
    Futbol

    Əliyar Ağayev Avropa Liqasının oyununda

    20.01.2026 17:26:27
    Futbol

    Yunanıstan klubu "Qarabağ"a təklif göndərəcək

    20.01.2026 16:44:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Ayntraxt" "Qarabağ"la oyun üçün Bakıya gəldi - FOTOLAR

    20.01.2026 23:39:47

    Əslən Bakıdan olan şahmatçının ölüm səbəbi açıqlandı

    20.01.2026 22:29:21

    Soyuq və qarlı havada məşq: "Qarabağ" vacib oyuna hazırdır - VİDEO

    20.01.2026 21:20:40

    "Araz-Naxçıvan" "İmişli" ilə oyunun hazırlıqlarına qapalı meydanda başladı

    20.01.2026 18:40:27

    Türkiyə klubları istədi, “Sabah”ın təklifini üstün tutdu

    20.01.2026 18:18:26

    Əliyar Ağayev Avropa Liqasının oyununda

    20.01.2026 17:26:27

    Yunanıstan klubu "Qarabağ"a təklif göndərəcək

    20.01.2026 16:44:42

    "Bakıdakı matçda qələbə qazanmalıyıq" - "Ayntraxt"ın futbolçusu

    20.01.2026 16:17:04

    "Qarabağ"la oyunda müdafiə haqqında çox düşünməyəcəyik" - "Ayntraxt"ın məşqçisi

    20.01.2026 15:46:27

    Murad Musayev "Sabah"ı emosiyasız komanda adlandırdı

    20.01.2026 15:27:43

    "Qarabağ" qışda ən azı 1 futbolçu transfer edəcək

    20.01.2026 14:50:03

    "Bu karyeramın ən önəmli oyunudur" - Pedro Bikalyo

    20.01.2026 14:15:57

    "Ayntraxt"da baş məşqçi dəyişikliyi bizimçün sürpriz oldu, fikrimiz qarışdı" - Qurban Qurbanov

    20.01.2026 13:57:38

    İngiltərə klubunun skautları "Qarabağ"ın legioneri üçün gəlirlər

    20.01.2026 13:34:27

    Çempionlar Liqası: "Qarabağ"ın pley-off şansı açıqlandı

    20.01.2026 12:20:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved