“Neftçi” daha bir əməkdaşlıq müqaviləsi imzalayıb.
Prosport.Az saytı xəbər verir ki, “ağ-qaralar”ın yeni sponsoru “Maximus” MMC olub.
2023-24 mövsümündən etibarən paytaxt təmsilçisinin su təminatı şirkətin Qax rayonunda yerləşən istehsal sahəsində qablaşdırılan “Aqua Life” markalı mineral suları tərəfindən qarşılanacaq.
Müqavilənin detalları və digər məsələlər barədə təşkil olunacaq imzalanma mərasimində ictimaiyyətə ətraflı məlumat veriləcək.

