Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”da bu gün klubdaxili iclas keçirilib.
Prosport.Az xəbər verir ki, rəhbərliyin qərarı ilə Eldəniz Yusubov “Araz-Naxçıvan” PFK-nın icraçı direktoru təyin olunub.
Qeyd edək ki, bu sahəyə jurnalistikadan başlayan Eldəniz Yusubov müxətlif illərdə AZAL, “Neftçi”, “Şamaxı” (keçmiş "Keşlə" olan vaxt) klublarında, eləcə də Azərbaycan Futzal Federasiyasında çalışıb.

