Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Biabırçı nəticə idi" – Emin Mahmudov üzr istədi
    6.09.2025 10:16:13

    "Biabırçı nəticə idi. Oyunumuz çox biabırçı alındı". 

    Prosport.Az xəbər verir ki, bu sözləri İslandiyaya 5:0 hesablı məğlubiyyətdən sonra Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.

    "Biz belə gözləmirdik. Fikirləşirdik daha yaxşı oynaya bilərik. Heç nə demək olmur. Çox pis oynadıq. Heç nə də alınmadı. Nə topla, nə topsuz. Sadəcə bizdən nəsə gözləyən azarkeşlərimizdən üzr istəyirəm", - Mahmudov bildirib.

    Kapitan birinci özündən danışmalı olduğunu vurğulayıb: "Heç nə alınmadı. Nə top saxlaya bildik, nə top ala bildik. Əlbəttə hamı günahkardır. Meydançada biz oynayırıq. Məsuliyyəti heç kimin üzərinə atmaq istəmirəm. Oyunçu olaraq deyə bilmərəm ki, ən yaxşı oyunumu göstərdim, amma düz getmədi. Bu nəticədə hamı, oyunçular da, məşqçilər də günahkardır. Hamı utanır, hamı bilir ki, nəticə çox pisdir. Hamı istəyirdi ki, daha yaxşı olsun. Uşaqlar istəyirdi ki, nəticə yaxşı olsun ki, azarkeşləri sevindirək, amma belə oldu".

    Mahmudov baş məşqçi Fernando Santuşun istefası məsələsinə də münasibət bildirib: "Onu vaxt göstərəcək. Bilmirəm necə olacaq".

    Millinin kapitanı qarşıdakı Ukrayna ilə oyuna motivasiya olunmaqdan da söz açıb: "Belə nəticədən sonra digər oyuna hazırlaşmaq çox çətindir, amma yenə də çıxmalıyıq. Mütləq bundan yaxşı oynamalıyıq. Başqa yolumuz yoxdur, çünki belə biabırçılıq bir də təkrar olunmalı deyil".

    Futbol

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47
    Futbol

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44
    Futbol

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18
    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved