Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" yeni sponsorla müqavilə imzaladı – FOTOLAR
    5.09.2025 21:48:34

    "Qarabağ"la “Deloitte Azərbaycan” arasında Anlaşma Memorandumu imzalanıb.

    Prosport.Az xəbər verir ki, klubun Suraxanı qəsəbəsində yerləşən “Azersun Arena”dakı təlim-məşq bazasında baş tutan tədbirdə memorandumu “Qarabağ”ın prezidenti Tahir Gözəl və "Deloitte" şirkətinin Azərbaycandakı ofisinin İdarəedici Partnyoru Nuran Kərimov imzalayıblar. Ağdam təmsilçisinin prezidenti Kərimova “Qarabağ”ın formasını hədiyyə edib.
     
    Bu əməkdaşlığın əsas məqsədi klubun inkişafı üçün müxtəlif peşəkar xidmətlərin göstərilməsi, idarəetmə, strateji planlaşdırma və dayanıqlılıq istiqamətlərində dəstək verməkdir. İmzalanmış memorandum beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə, klubun idarəetmə təcrübələrini qlobal standartlara uyğunlaşdırmağa və gələcək inkişafına mühüm töhfə verməyə xidmət edir.
     
    Tədbirdə çıxış edən Tahir Gözəl klubun son dövrlərdəki fəaliyyətini qeyd edib: “COP29 çərçivəsində “Qarabağ” Futbol Klubu olaraq mühüm addımlar atdıq. Həmin yolun nəticələrini bölüşmək istərdim. Əvvəla, COP29 zamanı klubumuzun təşəbbüsü ilə Football Clubs Alliance for Climate təsis olundu. Bu alyans “Qarabağ”ın dəvəti və təşəbbüsü ilə, COP29 Sədrliyi və UNFCCC-nin dəstəyi, həmçinin ECA ilə birgə təşkilatçılıqla gerçəkləşdi. Alyansda “Liverpul”, “Tottenhem”, “Atlétiko Madrid”, “Real Betis”, “Fənərbağça”, “Qalatasaray”, “Udineze”, “Portu", “Flamenqo” və “Malmö” kimi dünya futbolunun aparıcı klubları “Qarabağ”la birlikdə iştirak etdilər. Bu klublar iqlim dəyişikliyi və dayanıqlılıq üzrə təcrübələrini bölüşdülər və birgə fəaliyyət üçün bəyannamə imzaladılar. Eyni zamanda “Qarabağ” BMT-nin “Sports for Climate Action” təşəbbüsünə rəsmi tərəfdaş qəbul olundu və bununla da regionda UNFCCC-yə üzv olan ilk futbol klubu statusunu qazandı. Bu üzvlük bizə “Race to Zero” kampaniyasına qoşulmaq imkanı yaratdı. Bu çərçivədə klubumuz aşağıdakı öhdəlikləri qəbul etdi: 2030-cu ilə qədər karbon emissiyalarını ən azı 50% azaltmaq, 2040-cı ilə qədər sıfır emissiyaya çatmaq, illik iqlim hesabatlarını ictimaiyyətə açıqlamaq, 12 ay ərzində konkret fəaliyyət planı təqdim etmək”.
     
    Klubun prezidenti “Deloitte” ilə əməkdaşlığın rolunu da vurğulayıb: “Bu prosesdə beynəlxalq tərəfdaşımız “Deloitte” ilə birgə klubun iqlim strategiyası hazırlanmış, bütün kommunikasiya və sənədləşmə işləri həyata keçirildi. Növbəti addımımız isə illik ESG (Environment, Social, Governance) hesabatlarının hazırlanmasıdır. 2025-ci ildən başlayaraq klubumuz hər il bu hesabatları təqdim edəcək. Hazırda ilk ESG hesabatımız üzərində işlər gedir və çox yaxın zamanda ictimaiyyətə təqdim olunacaq. Klubumuz üçün bu təşəbbüslər həm beynəlxalq etimadın göstəricisidir, həm də gələcək nəsillərə daha sağlam və davamlı bir mühit bəxş etmək öhdəliyimizin bariz sübutudur”.
     
    Kərimov bu əməkdaşlıq barədə fikirlərini bildirib: “Bu gün burada olmaq və Deloitte ilə “Qarabağ” Futbol Klubu arasında qurulan bu dəyərli tərəfdaşlıqdan danışmaq mənim üçün böyük qürurdur. Hər kəsə məlumdur ki, “Qarabağ” təkcə futbol meydanında qazandığı uğurlarla deyil, həm də ölkəmizi layiqincə təmsil edən, sosial məsuliyyət və dayanıqlı dəyərlərə önəm verən bir klub kimi artıq özünü sübut edib. “Qarabağ” Azərbaycan futbolunun pioneri və ilham mənbəyidir. “Deloitte”in məqsədi bu uğurlu yolun bir hissəsi olmaq, klubun gördüyü işləri daha da gücləndirmək və beynəlxalq miqyasda tanıtımını artırmaqdır. Biz dünyanın bir çox aparıcı idman qurumları – FIFA, UEFA, “Tottenhem”, “City Football Group” və Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlıq edirik. Bu təcrübəmiz bizə göstərib ki, idman yalnız oyun deyil, həm də cəmiyyətlərdə müsbət dəyişikliklərin aparıcı qüvvəsidir”.
     
    Kərimov klubun prezidentinə təşəkkür edib: “COP29 zamanı başlayan əməkdaşlığımız da məhz bu ruhda davam edir. “Deloitte”in dəstəyi ilə “Qarabağ” artıq “İdman və İqlim Fəaliyyəti” təşəbbüsünün üzvü olub. Bizim rolumuz isə klubun atdığı bu addımları daha geniş platformalara daşımaq və dünyada səsini daha geniş miqyasda yaymaqdır. Cənab Tahir Gözələ xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onun vizyonu və rəhbərliyi sayəsində “Qarabağ” bu gün həm futbol meydanında, həm də dayanıqlı gələcək uğrunda mübarizədə nümunədir. Eyni zamanda “Qarabağ” komandasına da minnətdaram – sizin əzminiz və əməyiniz bu uğurları mümkün edib. Əminəm ki, bu tərəfdaşlıq sayəsində “Qarabağ”ın artıq mövcud olan liderliyi daha da möhkəmlənəcək. “Deloitte” olaraq, biz sadəcə dəstək verməyə yox, bu uğurları daha geniş auditoriyalara çatdırmağa gəlmişik”.
     
    Tədbirin sonunda Tahir Gözəl və Nuran Kərimovun iştirakı ilə mətbuat konfransı keçirilib. Onlar media nümayəndələrinin suallarını cavablandırıblar.

    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Futbol

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24
    Futbol

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55
    Futbol

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02
    Futbol

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Hövsandakı Yarış Kompleksindən EKSKLÜZİV GÖRÜNTÜ – VİDEO

    23.09.2026 09:29:11

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved