Azərbaycan I Liqasında mübarizə aparan "Mingəçevir"in yeni loqosu üzə çıxıb.
Prosport.Az xəbər verir ki, bu barədə saytımıza klubun İdarə Heyətinin sədri, ASTA (Azerbaijan Sport Talents Academy) Akademiyasının rəhbəri Rafael Bunyatov demişdi. Artıq rəsmi təsdiqini tapıb.
Yeni loqoda 2 qrifonun üzərində ASTA sözü yer alıb. Bundan başqa, loqonun üzərində ilk dəfə klubun ili (1966) yazılıb. Əvvəlkində 2022-ci il göstərilmişdi.

