Sergey Rebrov Ukrayna milli komandasının baş məşqçi postundan istefaya göndərilə bilər.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, bu, Fransa və Azərbaycan yığmaları ilə 2026-cı il dünya çempionatının seçmə qrup oyunlarında uğursuzluq təqdirində gerçəkləşəcək.
51 yaşlı mütəxəssisin kreslosu hələ ötən il laxlamağa başlayıb. Bununla belə, həmin vaxt Rebrova yenə şans verilib və qarşısına DÇ-2026-ya vəsiqə qazanmaq vəzifəsi qoyulub.
Qeyd edək ki, Ukrayna millisi Fransa ilə bu gün Polşanın Vrotslav şəhərində, Azərbaycanla isə sentyabrın 9-da Bakıda üz-üzə gələcək.

