“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev heyətində yer aldığı Özbəkistanın U-23 millisində Şri-Lanka yığması ilə oyuna çıxıb.
Prosport.Az xəbər verir ki, matça start heyətində başlayan yarımmüdafiəçi Asiya Kubokunun seçmə mərhələsində rəqib komandaya 1 qol vurub.
Oyun Özbəkistan yığmasının böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

